
Bakı. Trend:
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Avropa
İttifaqına üzv ölkələrin liderlərinin iyunun 17-də keçiriləcək
qeyri-rəsmi şam yeməyinə dəvət olunmayıb.
Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd olunub ki, görüşdə Aİ-də mühüm vəzifələrə namizədlik
məsələləri müzakirə olunacaq.
KİV yazır ki, Avropa Komissiyasının prezidentini görüş
iştirakçılarının siyahısına daxil etməməyi Aİ Şurasının prezidenti
Şarl Mişel təklif edib. Belə ki, Şarl Mişel Ursula fon der Lyayenin
ikinci dəfə Avropa Komissiyasının prezidenti təyin edilməsinə mane
olmağa çalışır.





























