Bakı. Trend:
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Baş
katibliyi Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinin
təşkilatdan çıxa biləcəyinə dair açıqlamalarına münasibət
bildirib.
Trend bu
barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
KTMT Baş katibliyindən bildiriblər ki, Ermənistan təşkilatın
tamhüquqlu üzvü olaraq qalır.
Həmçinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın bu
yaxınlarda dediyi “Paşinyan deməyib ki, biz KTMT-dən çıxırıq, o
deyib ki, biz nə vaxt çıxacağımıza qərar verəcəyik” açıqlamasına
diqqət çəkilib.
“Bununla əlaqədar olaraq, ondan çıxış edirik ki, Ermənistan
Respublikasının KTMT-nin tədbirlərində iştirakının əhəmiyyətli
dərəcədə azalmasına baxmayaraq, ölkə təşkilatın tamhüquqlu üzvü
olaraq qalır”, – KTMT-nin açıqlamasında deyilir.
Qeyd edək ki, bir qədər əvvəl Ermənistanın baş naziri Nikol
Paşinyan növbəti məntiqi addımın Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatından (KTMT) çıxmaq olduğunu bildirib. Onun sözlərinə görə,
bu addımın məhz nə zaman atılacağına Ermənistan hakimiyyəti qərar
verəcək.





























