Advertisement

İraqın şimalındakı sığınacaqlarından qaçan PKK terrorçuları təslim oldu

Bakı. Trend:

İraqın şimalındakı sığınacaqlarından qaçan PKK-nın iki
terrorçusu təslim olub.

Trend xəbər verir ki, bu
barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, terrorçular Haburdakı Sərhəd Nəzarət Məntəqəsinə
təslim olublar.

Qeyd edilir ki, PKK-ya qarşı əməliyyatlar artan intensivlik və
templə davam edir, təşkilatın parçalanması sürətlənir.