Advertisement

Türkiyədə Akkuyu AES-in tikintisinin dəyəri açıqlanıb

Bakı. Trend:

Türkiyədə “Rosatom” dövlət korporasiyası tərəfindən inşa edilən
“Akkuyu” AES-in tikintisinin dəyəri 24-25 milyard dollar təşkil
edir.

Trend-in
məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putinə Elm
Şurasının iclasında dövlət korporasiyasının baş direktoru Aleksey
Lixaçov deyib.

“Bu, indiki qiymətlərlə 24-25 milyard dollar təşkil edəcək”, –
deyə A.Lixaçov Rusiya prezidentinin tikintinin dəyəri ilə bağlı
sualını cavablandırarkən bildirib.