Bakı. Trend:
ABŞ prezidenti Co Bayden Ukrayna dövlət başçısı Vladimir
Zelenski ilə Vaşinqton və Kiyev arasında 10 illik təhlükəsizlik
sazişi imzalayıb.
Trend-in
məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər verib.
Məlumata əsasən, saziş İtaliyada keçirilən “Yeddilik Qrupu”
sammiti çərçivəsində imzalanıb.
“Tərəflər bu razılaşmanı Ukraynanın NATO alyansına mümkün
üzvlüyünə körpü kimi baxırlar”, – deyə sənəddə bildirilib.
Qeyd olunub ki, ABŞ Ukraynaya hərbi məhsullar, kəşfiyyat
məlumatları, hərbi təlimlər və hərbi sənaye kompleksinin inkişafı
ilə bağlı yardım göstərmək niyyətindədir.





























