Bakı. Trend:
Kanada hakimiyyəti, xüsusən “dezinformasiya və təbliğat
əməliyyatlarında iştirak edən” şirkətlərə qarşı əlavə anti-Rusiya
sanksiyalarının tətbiq edildiyini açıqladı.
Trend-in məlumatına görə, bu barədə Kanada Xarici İşlər
Nazirliyi xəbər verib.
Məlumata əsasən, sanksiya siyahısına xüsusilə “Rossiyskaya
qazeta” və “Sankt-Peterburq” telekanalı daxil edilib.
Məhdudiyyətlərin tətbiq olunduğu şirkətlər arasında “Pobeda”
aviaşirkəti də var.
Məşhur xokkey qapıçısı Vladislav Tretyak və Təhlükəsiz İnternet
Liqasının rəhbəri Yekaterina Mizulina da sanksiyalar siyahısına
daxil edilib.





























