Advertisement

Ukrayna hökuməti PUA alınmasına 130 milyon dollar ayırıb

Bakı. Trend:

Ukrayna Nazirlər Kabineti pilotsuz uçuş aparatlarının (PUA)
alınması üçün 5 milyard qrivna (təxminən 130 milyon dollar)
ayırıb.

Trend xəbər verir ki, Ukraynanın Baş naziri Denis Şmıqal bu
barədə özünün media hesabında yazıb.

“Təhlükəsizlik və müdafiə qüvvələrinə əlavə olaraq 5 milyard
qrivna vəsait ayrılıb. Bu vəsait hərbçilərə lazım olan pilotsuz
aparatların alınmasına sərf olunacaq”, – deyə Denis Şmıqal
bildirib.

Baş nazirin sözlərinə görə, bu il hakimiyyət orqanları hərbi
sənaye kompleksinin inkişafı üçün əlavə olaraq 1,36 milyard dollar,
dron istehsalı üçün isə ümumilikdə 1 milyard dollardan çox vəsait
ayırıb.