Bakı. Trend:
Sakit okeanda Kuril adaları yaxınlığında 4 bal gücündə zəlzələ
baş verib.
Trend-in
məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid
Geofizika Xidmətinin Saxalin filialı xəbər verib.
Məlumata əsasən, zəzlələnin episentri Qolovnino kəndindən 48 km
cənubda (Kunaşir adası, Kuril adaları) olub. Təkanların ocağı 70 km
dərinlikdə yerləşib.
Bildirilib ki, Kunaşir sakinləri iki bal gücündə yeraltı
təkanlar hiss ediblər. Sunami təhlükəsi elan edilməyib.





























