Advertisement

Şimali Koreya Rusiyaya 5 milyona yaxın artilleriya mərmisi göndərib

Bakı. Trend:

Şimali Koreya Rusiyaya 4,8 milyon artilleriya mərmisi saxlaya
biləcək ən azı 10 min dəniz konteyneri göndərib.

Trend xəbər
verir ki, bu barədə Cənubi Koreyanın müdafiə naziri Şin Von Sik
“Bloomberg News”a müsahibəsində deyib.

Nazirin sözlərinə görə, Şimali Koreya Rusiyaya həmçinin onlarla
ballistik raket göndərib.

Qeyd olunub ki, bunun müqabilində Moskva Pxenyana kəşfiyyat
peyklərini yerləşdirməyə, tank və təyyarələri təkmilləşdirməyə
kömək edəcək texnologiyanı ötürüb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun