Bakı. Trend:
Rusiyada polisə miqrantları məhkəməsiz deportasiya etmək hüququ
verilib.
Trend xəbər
verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Belə ki, Rusiya Dövlət Dumasının dövlət quruculuğu komitəsi
deputatlara Daxili İşlər Nazirliyinin əməkdşlarına əcnəbiləri və
vətəndaşlığı olmayan şəxsləri Rusiyadan çıxarmaq hüququ verən qanun
layihəsini birinci oxunuşda qəbul etməyi tövsiyə edib.
Qeyd edək ki, sözügedən qanun layihəsi aprel ayında Rusiya
Dövlət Dumasına təqdim olunub. Qanun layihəsi əcnəbiləri ölkədən
çıxarmaq səlahiyyətinin təkcə məhkəmə və sərhəd işçilərinə deyil,
Rusiya DİN əməkdaşlarına da verilməsini nəzərdə tutur.





























