Bakı. Trend:
İsrail Ordusu Qəzza zolağında məqsədlərinə çatana qədər
dayanmayacaq.
Trend İsrail
KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun cənub
qərargahının rəisi, general-mayor Yaron Finkelman Qəzza zolağının
cənubunda Rəfahda İsrail ordusunun hərbçilərinə baş çəkərkən
deyib.
“Gələcək planımız aydındır. Qüvvələrin və komandirlərin
keyfiyyətini nəzərə alaraq, hədəflərimizə nail olanadək irəliyə
doğru hərəkət edəcəyik”, – o deyib.
Qeyd olunub ki, Finkelman general İtsik Kohenin briqadasının
162-ci diviziyasının komandiri və Qəzza zolağının cənubunda hərbi
əməliyyatlar keçirən briqadaların komandirləri ilə
qiymətləndirmələr aparıb.





























