Bakı. Trend:
NATO-nun Baş katibi Yens Stoltenberq iyunun 17-20-də ABŞ və
Kanadaya səfər edəcək.
Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansı
məlumat yayıb.
Məlumata görə, iyunun 17-də baş katib Vaşinqtonda ABŞ prezidenti
Co Baydenlə görüşəcək. O, Antoni Blinkenlə də görüşəcək, ABŞ
Senatında və bir sıra analitik mərkəzlərdə çıxışlar edəcək.
Kanadada isə Baş nazir Castin Trüdo ilə danışıqlar
gözlənilir.





























