Advertisement

Özbəkistan 195,7 million dollara elektrik qatarları alacaq

Bakı. Trend:

Hyundai Rotem elektrik qatarlarının Özbəkistana tədarükü üzrə
müqavilənin dəyəri 195,7 milyon dollardır.

Trend xəbər verir
ki, “Özbəkistan Dəmir Yolları” SC Koreya Respublikası Prezidentinin
Özbəkistana səfəri zamanı “Hyundai Rotem” şirkəti ilə elektrik
qatarlarının alınmasına dair müqavilə imzalayıb.

“Hyundai Rotem” Özbəkistanı ümumi sayı 42 vaqondan ibarət altı
sürətli elektrik qatarı ilə təmin edəcək. Bundan əlavə, Cənubi
Koreya şirkəti bu qatarlara texniki qulluq və təmir xidmətləri
göstərəcək.

Bu, 2004-cü ildə Fransa tərəfindən dəstəklənən KTX reysinin
təqdim edilməsindən sonra Koreya texnologiyasından istifadə etməklə
hazırlanmış yüksək sürətli qatarların ilk ixracatıdır.

Cənubi Koreya prezidenti Yoon Seok-yeol: “Bu müqavilə Koreya
texnologiyasına əsaslanan yüksək sürətli qatarların ilk ixracına
işarədir”. “Bunun Özbəkistanın dəmir yolu infrastrukturunu
yaxşılaşdıracağı və dəmir yolu sektorunda ikitərəfli əməkdaşlığı
gücləndirəcəyi gözlənilir”, – o əlavə edib.

“Hyundai Rotem” elektrik qatarları Cəloliddin Manquberdinin
şərəfinə adlandırılacaq və Daşkənd-Urganç-Xivə marşrutu üzrə
hərəkət edəcək.