Bakı. Trend:
Rusiyanın Şebekin şəhərində çoxmərtəbəli binanın girişinin
uçması nəticəsində rayon xəstəxanasına çatdırılan qadın dünyasını
dəyişib. Bununla da ölənlərin sayı 5-ə çatıb.
Trend TASSA
istinadən xəbər verir ki, bu barədə Belqorod vilayətinin
qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat
verib.
“Dörd nəfərin qalıqları dağıntılar altından çıxarılıb. Təəssüf
ki, daha bir qurban regional xəstəxanaya çatdırılıb”.
Zərərçəkmiş əməliyyat olunub, ürəyi bir neçə dəfə dayanıb,
reanimasiya tədbirləri həyata keçirilib. “Yaraların ağırlığı
həyatla uyğun gəlmirdi”, Qladkov qeyd edib.





























