Advertisement

Türkiyə Prezidenti İtaliyada keçirilən G7 sammitində iştirak edir

Bakı. Trend:

“Böyük yeddilik” (G7) ölkələrinin liderlərinin sammitinə qatılan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Afrika və Aralıq dənizi –
süni intellekt və energetika” yüksək səviyyəli iclasında iştirak
edib.

Trend xəbər verir ki, Türkiyə dövlətinin başçısı İtaliyanın
cənubundakı Apuliya bölgəsində keçirilən üç günlük sammitə fəxri
qonaq kimi gəlib.

Qapalı keçiriləcək müzakirələr çərçivəsində Ərdoğanın G7
liderlərinin diqqətini Yaxın Şərq və Ukraynadakı vəziyyətə cəlb
edəcəyi, Ankaranın bölgədə sülhün və sabitliyin təmin edilməsinə,
ehtiyacı olanlara humanitar yardımın göstərilməsinə töhfə vermək
əzmini vurğulayacağı bildirilib.

İtaliyadakı sammit çərçivəsində Türkiyə Prezidentinin bir sıra
ikitərəfli görüşləri planlaşdırılır.