Advertisement

ÜST oktyabrın 7-dən İordan çayının qərb sahilində həlak olan fələstinlilərin sayını açıqlayıb

Bakı. Trend:

2023-cü il oktyabrın 7-dən etibarən İordan çayının qərb
sahilində 500-dən çox fələstinli həlak olub.

Trend xəbər
verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)
“X” səhifəsində paylaşılıb.

Məlumata görə, 7 oktyabr 2023-cü ildən 10 iyun 2024-cü ilədək
İordan çayının qərb sahilində, o cümlədən, Şərqi Qüdsdə 126-sı uşaq
olmaqla 521 fələstinli həlak olub.

Həmçinin, qeyd edilib ki, 5,2 mindən çox insan, o cümlədən, 800
uşaq yaralanıb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun