Bakı. Trend:
İranın şimal-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin
Səravan rayonu sərhəd bölgəsində İran Sərhəd Mühafizə Xidmətinin
əməkdaşları terror qruplaşmasının üzvləri arasında silahlı insident
baş verib.
Trend-in məlumatına ögrə, bunu İranın Sərhəd Mühafizə Xidmətinin
komandanı, general Əhməd Əli Qudərzi deyib.
Onun sözlərinə görə, terror qruplaşmasının üzvləri ölkəyə daxil
olaraq təxribat törətmək niyyətində olublar.
Qudərzi deyib ki, silahlı insident nəticəsində terror
qruplaşmasının bir neçə üzvü yaralanıb və onlar geri
çəkiliblər.
İranlı rəsmi qeyd edib ki, terrorçular geri çəkilərkən çoxlu
miqdarda partlayıcı maddə, elektron vasitələr və sairə
götürülüb.





























