Advertisement

Macarıstan Aİ-nin Ukrayna ilə danışıqlar üzrə Budapeştin şərtini qəbul etdiyini bildirib

Bakı. Trend:

Avropa İttifaqı Macarıstanın Ukraynanın Aİ-yə qoşulması ilə
bağlı danışıqlar prosesinin başlanması üçün irəli sürdüyü şərti
qəbul edib.

Trend xəbər verir ki, bu barədə ölkənin xarici işlər və xarici
iqtisadi əlaqələr naziri Peter Siyarto məlumat verib.

“Son günlər Ukraynanın Aİ-yə daxil olması üzrə danışıqların
hansı şərtlər əsasında başlamasına dair qızğın müzakirələr gedir”,
– deyə Macarıstan xarici siyasət idarəsinin rəhbəri xatırladıb.

O qeyd edib ki, Brüsseldə razılıq əldə olunub və Macarıstanın
şərti Ukrayna ilə danışıqların çərçivə sənədinə daxil edilib.

Nazir əlavə edib ki, ölkə hökuməti uzun müddətdir Ukrayna
hakimiyyətindən Zakarpatiyadakı macar azlığının hüquqlarının
qaytarılmasını tələb edir.

Bir gün əvvəl məlum olmuşdu ki, Ukraynanın Aİ-yə daxil olması
ilə bağlı danışıqların başlanmasının tarixi müəyyənləşib. Bundan
əvvəl məlumat verilmişdi ki, Brüssel Macarıstan Avropa İttifaqına
sədr olana qədər, iyulun 1-dək Ukrayna ilə üzvlüklə bağlı
danışıqları sürətləndirmək niyyətindədir.