Bakı. Trend:
Ermənistanda meyiti tapılan hərbi qulluqçu Armen Qasparyanın
qətlə yetirildiyi məlum olub.
Trend xəbər
verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Ermənistan İstintaq Komitəsi hadisə ilə bağlı “qətl” maddəsi
üzrə cinayət işi açıb. Bir sıra ekspertizalar təyin edilib.
Xatırladaq ki, iyunun 14-də Ermənistanda səhər saatlarında N
saylı hərbi hissənin mühafizə mövqeyində müqavilə əsasında hərbi
xidmət göstərən hərbi qulluqçu Armen Qurgenoviç Qasparyanın meyiti
aşkarlanıb.
Məlumata görə, hərbi qulluqçuya odlu silahdan atəş açılıb.
Hadisə ilə bağlı istintaq başladılıb.





























