Advertisement

Türkiyə ordusu İraqın şimalında və Suriyada 17 terrorçunu məhv edib

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında və Suriyada 17
terrorçunu məhv edib.

Trend bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin iyunun 15-də
yaydığı məlumata istinadla xəbər verir.

Məlumatda qeyd olunub ki, Hakurk rayonunda, həmçinin İraqda
davam edən “Pence Kilit” antiterror əməliyyatı zamanı 8 terrorçu
zərərsizləşdirilib.

Qalan 9 terrorçu isə Suriyanın şimalında – “Fırat kalkanı”
antiterror əməliyyatı çərçivəsində məhv edilib.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında vurğulanıb ki,
regionda terrorçularla mübarizə qətiyyətlə davam etdirilir.