Advertisement

NASA astronavtları Beynəlxalq Kosmik Stansiyada ilişib qala bilərlər

Bakı. Trend:

NASA astronavtları “Boeing”in kosmik gəmi sistemlərində yaranan
texniki problemlər səbəbindən Beynəlxalq Kosmik Stansiyada (BKS)
ilişib qala bilərlər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, “Starliner” keçən
həftə iki nəfəri stansiyaya çatdırıb və indi o, “doking” modulundan
ayrıla bilmir.

Gəminin Yerə qaytarılması üçün istifadə edilən hərəkət
sistemində beş fərqli sızma aşkar edilib.

Məlumata görə, ekipaj iyunun 14-də BKS-dən uçmalı idi, lakin
sonra uçuş iyunun 22-nə qədər təxirə salınıb. Hazırda “Boeing” və
NASA mütəxəssisləri aşkar edilmiş problemləri aradan qaldırmağa
çalışırlar.