Bakı. Trend:
Çinli mühəndislərin hazırladığı təkrar istifadə oluna bilən
daşıyıcı raketin şaquli qalxma-enmə sınağı uğurla icra edilib.
Trend xəbər verir ki, raket 12 kilometr hündürlüyə qalxdıqdan
sonra yerə enib.
Bu, daşıyıcı raketin ən hündür qalxma-enmə uçuşu olub.
“Çin kosmos elmləri və texnologiyaları” korporasiyasının
nəzdindəki “Şanxay kosmos uçuşu texnologiyası akademiyası”nın
hazırladığı raketin sınağı iyunun 23-də Ciüçüən kosmodromunda
keçirilib. Maye oksigen-metan ilə çalışan və diametri 3,8 metr olan
raketin ümumi uçuş müddəti 6 dəqiqə çəkib.
Çinli mütəxəssislər növbəti mərhələdə raketin 70 kilometr
hündürlüyə qalxıb-enmə sınağını həyata keçirməyi
planlaşdırıblar.




























