Advertisement

Azərbaycan millisi Avropa kubokunda iştirak edəcək – HEYƏTLƏR

Bakı. Trend:

Cüdo üzrə Azərbaycan milli komandası gənclər arasında Avropa
Kubokunda iştirak edəcək.

Trend İdman.biz
istinadən xəbər verir ki, yığmamız yarışa 9 cüdoçu ilə
qatılacaq.

Turnir aprelin 13-də Polşanın Poznan şəhərində baş tutacaq.
Millimiz Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən yarışa
qadınlardan ibarət komandanın məşqçisi Elnur İsmayılovun rəhbərliyi
atında yollanacaq. Poznan tatamisində Fəridə Mirzəyeva, Könül
Əliyeva (48 kq), Xədicə Qədəşova, Nuray Quliyeva (52 kq), Gülnarə
Bayramova, Fidan Qasımova (57 kq), Leyla Atayeva (63 kq), Pərvanə
Abdullayeva (70 kq) və Nigar Süleymanova (+78 kq) mübarizə
aparacaqlar.

Qeyd edək ki, turnirdə 21 ölkədən 420 idmançı iştirak
edəcək.