
Bakı. Trend:
Tədqiqat göstərir ki, Alzheimer xəstəliyi orqan
transplantasiyası edilən xəstələrə də keçə bilər.
Trend “Science” saytına istinadən xəbər verir ki, Kanadadakı
tədqiqatçılar bütün donorları xəstəliklə bağlı ətraflı yoxlanmağa
çağırırlar.
“Stem Cell Reports” jurnalında dərc olunan araşdırmaya görə,
siçanlar arasında sümük iliyi nəqli Alzheimer xəstəliyi ilə əlaqəli
simptomların və patologiyaların ötürülməsi ilə nəticələnib.
Tədqiqat müəllifləri aşkar ediblər ki, Alzheimer xəstəliyi ilə
əlaqəli son dərəcə nadir genetik mutasiya daşıyan ştam iliyə
yeridildikdən sonra sağlam siçanların beynində zülalların anormal
yığılması baş verib.
Alimlər bu araşdırmanın “Alzheimer xəstəliyinin ötürülməsini”
nümayiş etdirdiyini və insan sümük iliyi, orqan və qan donorlarının
neyrodegenerasiya ilə əlaqəli mutasiyalar üçün skrininqini
dəstəklədiyini bildiriblər.
Tədqiqatçılar, həmçinin, xəstəliyinn mərkəzi sinir sistemindən
kənarda olan amiloid zülallarından yarana biləcəyi qənaətinə
gəliblər.
Lakin nəticələrin insanlarda da eyni olub-olmadığını dəqiq
bilmək üçün daha çox araşdırmaya ehtiyac var.




























