Advertisement

İngiltərə Premyer Liqası: “Mançester Siti” və “Arsenal” səfərdə qalib gəlib

Bakı. Trend:

Bu gün İngiltərə Premyer Liqasında 32-ci tura start verilib.

Trend İdman.biz-ə xəbər verir ki, “Mançester Siti” və “Arsenal”
səfərdə qələbə qazanıb.

Son çempion “Kristal Pelas”a 4:2 hesabı ilə qalib gəlib.
“Arsenal” isə “Brayton”un qapısından 3 cavabsız top keçirib. Bu
nəticələrdən sonra London klubu 71 xalla 1-ci pilləyə yüksəlib.
“Şəhərlilər”in hesabında 70 xal var. Eyni xala malik və bir oyun az
keçirən “Liverpul” sabah “Mançester Yunayted”lə qarşılaşacaq.