
Bakı. Trend:
Dünyada milyonlarla insan beyin hüceyrələrini tədricən
parçalayan Parkinson xəstəliyinə məruz qalır. Parkinson beynin
zəifləməsinə səbəb olan xəstəliklər arasında tezliyinə görə
Alzheimerdən sonra ikinci yerdədir. Uzun müddətdir ki, alimlər
xəstəliyə nəyin səbəb olduğunu anlamağa çalışırlar.
Trend “Knowridge” saytına istinadən xəbər verir ki, Kopenhagen
Universitetinin tədqiqatçılar qrupu Parkinson xəstəliyi ilə bağlı
maraqlı irəliləyiş əldə edib.
Onlar nüceyrələrimizdəki mitoxondrilərin yaxşı işləməsini təmin
edən əsas yolda problem tapıblar. Bu maneə hüceyrələrin zədələnmiş
mitoxondriyadan qurtulmasının qarşısını alır. Beləliklə,
hüceyrələrdə enerji tükənir və zərərli zülallar yığılmağa başlayır.
Nəticədə isə beyin hüceyrələri sıradan çıxır.
Bu kəşfin maraqlı tərəfi odur ki, bizi adətən viruslardan
qoruyan immun genlər də sinir hüceyrələrində enerji səviyyələrini
balanslı saxlamaq üçün həyati əhəmiyyət daşıyır. Həmin genlərdə
pozuntu olması mitoxondriləri enerji istehsalında daha az səmərəli
edə bilər və bununla dam parkinson xəstəliyinin inkişafına yol
açılar.
Professor Şohreh-Navikasın rəhbərlik etdiyi tədqiqat qrupu
zədələnmiş mitoxondrilərin beyində daha çox zəhərli zülalların
əmələ gəlməsinə səbəb olduğunu müəyyənləşdirib. PIAS2 adlı zülal
Parkinson xəstəsi olanlarda daha çox yayılır ki, bu da onun
xəstəlik üçün bir marker ola biləcəyini göstərir.
Komanda hesab edir ki, bu tədqiqat Parkinson xəstəliyindən
əziyyət çəkənlərə yeni ümidlər gətirir. Mitoxondriyanın
tənzimlənməsinin neyronların sağlamlığına necə təsir etdiyini başa
düşmək simptomları azalda və hətta xəstəliyi başlamadan dayandıra
bilər.
Bu qabaqcıl tədqiqat təkcə parkinson haqqında anlayışımızı
təkmilləşdirmir, həm də enerji istehsalından infeksiyalarla
mübarizəyə qədər bədən sistemimizi ətraflı tədqiq edir.




























