Balı. Trend:
Rusiyanın Rostov vilayətində istintaq təcridxanasının
kameralarından birində saxlanılan təqsirləndirilən şəxs iki
əməkdaşı girov götürüb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Federal Penitensiar
Xidmətinin region üzrə mətbuat xidməti məlumat yayıb
Məlumata əsasən, Rostov vilayəti prokurorunun səlahiyyətlərini
icra edən Aleksandr Qatsko, Rostov vilayəti prokurorunun müavini
Sergey Kapitonov və Cinayət hökmlərinin icrasının qanuniliyinə
nəzarət şöbəsinin müdiri vəzifəsini icra edən Boris Mostovoy hadisə
yerindədirlər.
Müəssisə ştat rejimdə fəaliyyət göstərir. Mətbuat xidmətinin
aydınlaşdırdığı kimi, “vəziyyət nəzarətdədir” və girovların azad
edilməsi üçün danışıqlar aparılır.





























