Advertisement

Norveç Ukraynanın enerji sisteminin təmiri üçün 100 milyon dollar ayıracaq

Bakı. Trend:

Norveç hakimiyyəti qış gələnə qədər Ukraynaya enerji sistemini
bərpa etmək və elektrik enerjisi ilə təmin etmək üçün 103 milyon
dollar göndərəcək.

Trend-in
məlumatına görə, bu barədə Qərb KİV-ləri Norveçin baş naziri Yonas
Qar Störeyə istinadən bildirib.

“Biz bu vəsaitlərdən ən səmərəli şəkildə necə istifadə etmək
barədə Ukrayna ilə sıx əlaqə saxlayırıq”, – deyə o qeyd edib.

Baş nazir vurğulayıb ki, qışa qədər bərpa işlərinə
başlanmalıdır. Eyni zamanda, Xarkov vilayətində təmirə 11,2 milyon
dollar xərclənəcək; bir neçə yerdə günəş panellərinin
quraşdırılması nəzərdə tutulub.