Bakı. Trend:
İyunun 15-16-da Bürgenstokda keçirilmiş Ukrayna üzrə konfransın
yekun sənədini forumda iştirak edən 91 ölkədən 80-i
dəstəkləyib.
Trend-in
məlumatına görə, sənədi təsdiq edən ölkələrin siyahısı iclasın
təşkilatçıları tərəfindən dərc edilib
Məlumata əsasən, sənədi dəstəkləyən ölkələr arasında xüsusilə
Braziliya, Hindistan və Səudiyyə Ərəbistanı yoxdur. Bundan əlavə,
sənəd Vatikan tərəfindən imzalanmayıb.
Eyni zamanda siyahıda İsveçrə, Türkiyə, Aİ ölkələri və ABŞ yer
alıb.





























