
Bakı. Trend:
2024-cü ilin yanvar-fevral aylarında Xorvatiyadan Türkiyə
limanlarına 199 min 966 ton yük daşınıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və
İnfrastruktur Nazirliyindən bildirilib.
Məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Xorvatiyadan
limanlara 30 min 786 ton, digər ölkələrin bayraqları altında üzən
gəmilər isə 169 min 180 ton yük çatdırıb.
Bu müddət ərzində Xorvatiya bayraqlı gəmilərlə Türkiyə
limanlarına yük çatdırılmayıb. 2024-cü ilin yanvar-fevral aylarında
Türkiyə limanlarına Xorvatiyadan 115 min 255 ton tranzit yük
daşınıb.
Qeyd edək ki, 2024-cü ilin fevral ayında Türkiyə limanları 32
milyon 794 min 263 ton yük qəbul edib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında üzən gəmilərlə daxili
limanlara yük qəbulu 2 milyon 368 min 96 ton təşkil edib.
Türkiyə limanlarına digər ölkələrin bayraqları altında üzən
gəmilərlə yük daşınması 1 milyon 262 min 436 ton olub.
Bununla yanaşı, 2024-cü ilin fevral ayında Türkiyə limanlarından
5 milyon 926 min 868 ton tranzit yük daşınıb.
Məlumata görə, 2023-cü ilin yanvar-fevral aylarında Türkiyə
limanları 66 milyon 27 min 67 ton yük qəbul edib.
“2024-cü ilin yanvar-fevral aylarında Türkiyə bayrağı altında
üzən gəmilərlə yük qəbulu 4 milyon 739 min 472 ton təşkil edib.
Digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə Türkiyə
limanlarına yükdaşımalar 61 milyon 287 min 595 ton təşkil edib”, –
deyə məlumatda qeyd edilib.
Bildirilib ki, 2023-cü ilin yanvar-fevral aylarında Türkiyə
limanlarından 11 milyon 157 min 744 ton tranzit yük daşınıb.
Qeyd edək ki, bu ilin fevral ayında Türkiyə limanları 4 min 531
gəmi qəbul edib.
Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin
bayraqları altında qəbul edilən gəmilərin sayı min 437, Türkiyə
bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 94 olub.
2024-cü ilin yanvar-fevral aylarında Türkiyə limanları 8 min 883
gəmi qəbul edib.
Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən
digər ölkələrin bayraqları altında olan gəmilər 6 min 47, Türkiyə
bayrağı altında olan gəmilər isə 2 min 836 olub.





























