Advertisement

ABŞ-da təyyarə qəzaya uğrayıb, yaralananlar var

Bakı. Trend:

ABŞ-nin Kolorado ştatında iki mühərrikli təyyarə qəzaya
uğrayıb.

Trend xəbər verir ki, insident Denverdən təxminən 65 km cənubda
Larkspur şəhərciyinin yaxınlığında baş verib.

Bildirilib ki, kiçik ikimühərrikli “Tecnam P2006T” təyyarəsinin
qəzaya uğraması nəticəsində iki nəfər xəsarət alıb.

Hər iki zərərçəkən xəstəxanaya yerləşdirilib.