Bakı. Trend:
Türkiyədə avtomobil Qurban bayramı ilə əlaqədar təşkil olunan
heyvanların satışı məntəqəsinə girib.
Trend bu barədə türk
KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, hadisə Mersin şəhərinin Yenişehir rayonunda qeydə
alınıb. İdarəetmədən çıxan avtomobil heyvan bazarına girib.
Nəticədə biri ağır olmaqla səkkiz nəfər yaralanıb, 20 xırdabuynuzlu
heyvan isə tələf olub.
Yaralıllar xəstəxanaya çatdırlıb.





























