Advertisement

İsrail ordusu Qəzzada taktiki pauzanın aradan qaldırıldığını açıqlayıb

Bakı. Trend:

İsrail Müdafiə Ordusu (SAXAL) HƏMAS tamamilə məhv edilməyənə
qədər Rəfahda hərbi əməliyyatları davam etdirəcək.

Trend xəbər verir ki, bu
barədə SAXAL-ın Cənub Komandanlığının rəhbəri general-mayor Yaron
Finkelman bildirib.

O qeyd edib ki, vəzifəmiz irəliləməyə davam etməkdir.

“Biz onları darmadağın edənə qədər əməliyyatları davam
etdirəcəyik”, – israilli general vurğulayıb.

Xatırladaq ki, ötən gün İsrail ordusu humanitar məqsədləri əsas
tutaraq anklav ərazisində döyüş əməliyyatlarına lokal taktiki
pauzanın tətbiq edildiyini açıqlamışdı.