Bakı. Trend:
Ermənistanın hakim Vətəndaş Müqaviləsi Partiyası bu gün
keçiriləcək parlamentin növbədənkənar iclasında iştirak
etməyəcək.
Trend erməni KİV-lərinə
istinadən xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının
parlament fraksiyasının katibi Artur Hovannisyan bildirib.
Onun sözlərinə görə, iclas qanunun tələbi ilə çağırılacaq, lakin
yetərsay olmadığına görə baş tutmayacaq.
“Növbədənkənar iclasda baş nazir Nikol Paşinyanın istefası
müzakirəyə çıxarılacaq”, – o əlavə edib.





























