Bakı. Trend:
Ədirnədə Türkiyədən Yunanıstana qaçmaq istəyən 9 nəfər
saxlanılıb.
Trend xəbər verir ki, bu
barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, onlardan 5-i FETÖ üzvü olub.
Bildirilir ki, sərhədlərin təhlükəsizliyinin təmin olunması üçün
mübarizə davam edir.





























