Bakı. Trend:
ABŞ prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi
üzrə xüsusi koordinatoru Amos Hoxşteyn bu gün İsrailin baş naziri
Benyamin Netanyahu və digər yüksək vəzifəli rəsmilərlə
görüşəcək.
Trend-in
məlumatına görə, bu barədə “The Times of Israel” nəşri xəbər
verib.
Məlumata əsasən, A.Hokşteyn görüş zamanı “Hizbullah”la vəziyyəti
müzakirə edəcək.
А.Hoчşteyn həmçinin İsrail prezidenti İsaak Hersoq və müxalif
siyasətçilər Yair Lapid və Benni Qantzla görüşlər keçirəcək.
ABŞ prezidentinin xüsusi koordinatoru bundan əvvəl də
“Hizbullah” ilə bağlı böhranın mümkün həll yollarını müzakirə etmək
üçün İsrailə səfər edib.





























