Bakı. Trend:
Moldova və Ukrayna da daxil olmaqla, doqquz Avropa İttifaqı
tərəfdaşı və üzvlüyə namizəd ölkə “Rusiyaya hərbi dəstəyinə” görə
Aİ-nin İrana qarşı sanksiyalarının son blokuna qoşulub.
Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının xarici
siyasət xidməti bildirib.
“Namizəd ölkələr olan Şimali Makedoniya, Monteneqro, Albaniya,
Ukrayna, Moldova, Bosniya və Herseqovina, eləcə də Avropa Azad
Ticarət Zonası dövlətləri İslandiya, Norveç və Lixtenşteyn Rusiyaya
hərbi təchizata görə İrana qarşı sanksiyalar tətbiq etmək barədə
mayın 14-də Aİ Şurasının qərarına qoşulub”, – deyə bildirilib.





























