Bakı. Trend:
BMT İsrailin Qəzza zolağına humanitar yardımın çatdırılmasını
təmin etmək üçün hərbi əməliyyatlara taktiki fasilə verməsini
alqışlayıb.
Trend-in
məlumatına görə, bu barədə “Associated Press” agentliyi təşkilatın
BMT baş katibinin nümayəndəsi Quterreş Fərhan Haqa istinadən
bildirib.
“Dəfələrlə qeyd etdiyimiz kimi, Qəzza zolağında humanitar
əməliyyatlara hərtərəfli dəstək verilməli və onların həyata
keçirilməsinə mane olan bütün maneələr aradan qaldırılmalıdır”, –
deyə o qeyd edib.
O, həmçinin vurğulayıb ki, təşkilat anklav sakinlərinə humanitar
yardımın çatdırılmasını təmin etmək üçün bütün maraqlı tərəflərlə
qarşılıqlı fəaliyyət göstərməyə hazırdır.





























