Advertisement

Məşhur britaniyalı aktyor tamaşa zamanı səhnədən yıxılıb

Bakı. Trend:

“Üzüklərin hökmdarı” trilogiyasında Qendalf obrazı ilə
məşhurlaşan britaniyalı aktyor İan MakKellen Londonda teatr
tamaşası zamanı səhnədən yıxılaraq xəstəxanaya aparılıb.

Trend-in məlumatına görə, bu barədə “Sky News” televiziya kanalı
xəbər verib.

Məlumata əsasən, 85 yaşlı aktyor büdrəyib yıxıldıqdan sonra
tamaşaçılardan zalı tərk etmələri istənilib, bundan sonra o, kömək
çağırmağa başlayıb. Aktyor xəstəxanaya çatdırılıb.

Bildirilib ki, tamaşa dayandırıldı və bundan sonra davam
edilməyib.