Bakı. Trend:
İsrail ordusu komandanlığı hesab edir ki, Qəzza zolağının cənub
hissəsi iki həftə ərzində tam nəzarət altına keçə bilər.
Trend-in məlumatına görə, bu barədə “The Jerusalem Post” nəşri
xəbər verib.
Qeyd olunub ki, hazırda İsrail hərbçiləri, xüsusən də anklavın
cənubundakı Rəfah şəhərində çoxlu sayda minaları
zərərsizləşdirir.
Məlumata əsasən, ümumilikdə, İsrail ordusu (ÇAXAL) indiyədək
Rəfah bölgəsində ən azı 550 “HƏMAS” silahlısını məhv etməyə nail
olub.
İsrail ordusu bildirib ki, “”HƏMAS”ın Rəfahdakı dörd
batalyonundan ikisi demək olar ki, tamamilə dağılmış hesab olunur,
digər ikisinin imkanları zəifləyib”.





























