Advertisement

Bayden NATO-nun Ukrayna ilə bağlı siyasətini alqışlayıb

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden NATO-nun baş katibi Yens Stoltenberqlə
görüşündə alyansın Ukraynaya dəstək fəaliyyətlərini, habelə
Hind-Sakit okean regionunda əməkdaşlığı müzakirə edib və
alqışlayıb.

Trend-in məlumatına görə, bu barədə Ağ Evdən məlumat
verilib.

“Prezident Hind-Sakit okean regionu da daxil olmaqla, NATO
müttəfiqlərinin Ukraynanı dəstəkləmək və tərəfdaşlıqları
dərinləşdirmək üçün atdığı addımları alqışlayıb”, – deyə görüşün
yekunlarına dair məlumatda qeyd olunub.

Bildirilib ki, tərəflər həmçinin müdafiə xərcləri ilə bağlı
“əhəmiyyətli irəliləyişləri”, o cümlədən 23 NATO ölkəsinin ÜDM-nin
2%-ni müdafiəyə xərcləyəcəklərini müzakirə ediblər.. Bu, “prezident
Baydenin vəzifəyə gəldiyi vaxtdan bu məbləğdən iki dəfə
çoxdur”.