Advertisement

Ermənistanın Fransadan alacağı silah məlum oldu

Bakı. Trend:

Ermənistan Fransa ilə “Caesar” özüyeriyən haubitsaların satın
alınmasına dair müqavilə imzalayıb.

Trend xəbər
verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastian Lekornu
məlumat yayıb.

İrəvana göndəriləcək özüyeriyən haubitsaların sayı və
müqavilənin məbləğinə dair məlumat açıqlanmayıb.

Qeyd edək ki, iyunun 17-də Ermənistanın müdafiə naziri Suren
Papikyan Fransaya işgüzar səfərə gedib. Səfər çərçivəsində
Ermənistan və Fransa arasında hərbi-texniki əməkdaşlığa dair yeni
razılaşmalar əldə olunub.

Xatırladaq ki, Papikyan bu ilin fevralında da Fransaya səfər
etmişdi. Fevralın 23-də isə İrəvanda Parislə gələcək hərbi-texniki
əməkdaşlığa dair sənədlər imzalanmışdı. Eyni məkanda oxşar
müqavilələr 2023-cü ilin oktyabrında da bağlanıb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun