Advertisement

KTMT-nin potensialının artırılması üzrə fəaliyyət İrəvanı arxada qoyaraq davam edir – Qaluzin

Bakı. Trend:

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT)
potensialının artırılması üzrə fəaliyyət İrəvanı arxada qoyaraq
davam edir.

Trend xəbər
verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail
Qaluzin “Komsomolskaya pravda” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Qərbin təsiri altında İrəvan-Moskva
ikitərəfli siyasi təmaslarında kəskin azalma müşahidə olunur.

“İrəvan tərəfindən Rusiya, KTMT və formalaşmış təhlükəsizliyin
təminatı sisteminə qarşı getdikcə daha tez-tez əsassız tənqidlər
eşidilir”, – deyən nazir müavini bunun qeyri-konstruktiv və
qeyri-uzaqgörən davranış olduğunu əlavə edib.

Bundan başqa, Qaluzin Ermənistanın təhlükəsizliyinin təminatı
mexanizmi üçün bu gün KTMT-yə alternativin olmadığını qeyd
edib.

“KTMT-nin potensialının artırılması üzrə fəaliyyət İrəvanı
geridə qoyaraq sistemli şəkildə davam edir”, – o deyib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun