Advertisement

Fransada siyasi qeyri-sabitlik getdikcə güclənir – KİV

Bakı. Trend:

Fransada siyasi qeyri-sabitlik getdikcə güclənir.

Trend xəbər
verir ki, bu barədə “Bloomberg” agentliyində nəşr olunan məqalədə
deyilir.

Nəşrin məlumatına görə, buna Makronun parlamenti buraxması səbəb
olub.

Qeyd olunub ki, həmçinin, Fransa prezidentinin Ukraynaya 3,2
milyard dollar dəyərində yardım ayrılmasına dair vədi ilə bağlı da
suallar yarana bilər.

Qeyd edək ki, bu yaxınlarda “Europe1”, “CNews” və “Le Journal du
Dimanche” kimi media orqanlarının sifarişi ilə keçirilmiş sosial
sorğunun nəticələrinə görə, fransızların 57 faizi Prezident
Emmanuel Makronun istefasını istədiyi məlum olub.

Belə ki, Fransada bütün yaş qrupları arasında aparılan sorğu
iştirakçılarının 57 faizi növbədənkənar parlament seçkilərində
Makronun partiyasının növbəti dəfə uğursuzluğa düçar olacağı
təqdirdə, prezidentin istefa verməli olduğunu bildiriblər.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun