Advertisement

Moskvada yük maşını 16 avtomobillə toqquşdu

Bakı. Trend:

Moskvada yük maşını sürücüsü 16 avtomobillə toqquşub.

Trend xəbər
verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Qəza nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.

İlkin məlumatlara görə, yük maşını 16 nəqliyyat vasitəsi ilə
toqquşub. İlkin olaraq avtomobillər mexaniki zədə alıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun