Bakı. Trend:
Koreya Xalq Demokratik Respublikasının (KXDR) silahlı
qüvvələrinin 30-a yaxın əsgəri iki Koreya arasında faktiki sərhəd
olan hərbi demarkasiya xəttini keçməyə cəhd edib.
Trend xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya
silahlı qüvvələrinin baş qərargahına istinadən məlumat yayıb.
Bildirilir ki, hadisə yerli vaxtla saat 08:30 radələrində baş
verib. Cənubi Koreya əsgərləri səsləngücləndirici vasitələrlə
xəbərdarlıq edib, daha sonra havaya xəbərdarlıq atəşi açıblar.
Nəricədə Şimali Koreya əsgərləri geri qayıtmağa məcbur olub.
Cənubi Koreya silahlı qüvvələrinin qərargahı KXDR-in apreldən
bəri sərhəddə xeyli canlı qüvvə topladığını, yeni yollar çəkdiyini,
mühəndis-istehkam işlərinə başladığını, hətta əraziyə minalar
basdırdığını açıqlayıb.
Qeyd edək ki, bu, iyun ayında 2-ci oxşar hadisədir. İyunun 9-da
Şimali Koreya əsgərləri demilitarizasiya zonasındakı (DMZ)
demarkasiya xəttini keçməyə cəhd etmişdilər. Cənubi Koreya
hərbçilərinin xəbərdarlıq atəşindən sonra geri qayıtmağa məcbur
olmuşdular.





























