Bakı. Trend:
Türkiyədə meşə yanğınları bölgələrə zərər vurur.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, Manisada
meşəlik ərazidə baş verən yanğın yanğınsöndürən qrupların qurudan
və havadan müdaxiləsi ilə nəzarətə götürülüb.
Xəbərdarlıq üzərinə İzmir Meşə Region Müdirliyi və Manisa
Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyi qrupları bölgəyə
göndərilib.
Yanğına iki təyyarə, bir helikopter, doqquz su tankeri, bir su
təchizatı maşını və bir dozerlə müdaxilə olunub.
Yanğınsöndürmə qrupları 2 saat fəaliyəti nəticəsində yanğın
nəzarət altına alınıb.





























