Advertisement

İsveç ABŞ ilə müdafiə sazişini təsdiqləyib

Bakı. Trend:

İsveç parlamenti ABŞ ilə 2023-cü ildə imzalanan müdafiə sazişini
təsdiqləyib.

Trend xəbər verir ki, 349 deputatdan 266-sı qanun layihəsinin
lehinə səs verib.

2023-cü ilin dekabrında imzalanan saziş ABŞ silahlı qüvvələrinin
İsveçin 17 hərbi bazasına girişinə, həmçinin ölkə ərazisində silah
və sursat saxlamasına imkan verir.

Qanunun əleyhdarları isə bu razılaşmanın İsveç ərazisində nüvə
silahı saxlanmasına yol açacağını iddia edirlər. Bir neçə deputat
müzakirə zamanı ölkə ərazisində nüvə silahı saxlanmasının qadağan
olunmasını təklif edib.