Bakı. Trend:
Türkiyənin üç vilayətində meşə yanır.
Trend türk KİV-lərinə
istionadən xəbər verir ki, Çanaqqala və Uşakda dünən axşamdan
başlayan yanğınlar davam edir.
Məlumata görə, İzmirin Dikili rayonunda gecədən başlayan yanğın
küləyin təsiri ilə ətraf ərazilərə yayılıb. Hazırda hər üç
istiqamətdə yanğına havadan və qurudan müdaxilələr davam edir.
Uşakda bəzi evlərdəki insanlar təxliyə edilib. Ölən və
yaralananlar barədə məlumat yoxdur.





























