Advertisement

Rusiya ATƏT Parlament Assambleyasında iştirakını dayandıracaq

Bakı. Trend:

Rusiya Federasiya Şurası və Dövlət Duması Rusiyanın ATƏT
Parlament Assambleyasının fəaliyyətində iştirakının dayandırılması
və ödənişlərin dayandırılması barədə qərar hazırlayacaq.

Trend rus KİV-lərinə
istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının
sədri Valentina Matviyenko deyib.

O qeyd edib ki, ATƏT Parlament Assambleyasında iştirakın
dayandırılması qərarını dəstəkləyirəm, təşkilat
qeyri-obyektivdir.

Qeyd edək ki, daha əvvəl senator Vladimir Cabarov Rusiyanın ATƏT
PA-da iştirakının dayandırılması ideyası ilə çıxış edərək, bu
mövqenin Dövlət Duması ilə razılaşdırıldığını açıqlayıb.